Paşinyan işçi qrupu yaratdı: İranla sərhədi yoxlayacaq və danışıqlar aparacaq
Bizi izləyin

Region

Paşinyan işçi qrupu yaratdı: İranla sərhədi yoxlayacaq və danışıqlar aparacaq

Paşinyan işçi qrupu yaratdı: İranla sərhədi yoxlayacaq və danışıqlar aparacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan İranla sərhəd infrastrukturunu nəzərdən keçirmək və İran tərəfi ilə danışıqlar aparmaq üçün işçi qrupu təyin edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında məlumat verilib.

Komissiyaya Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin Qonşu Ölkələr Departamentinin rəhbəri (hazırda Avetik Harutyunyan sədr vəzifəsini icra edir) rəhbərlik edəcək. Komissiyaya Sərhəd Delimitasiyası Departamentinin rəhbəri də daxil olacaq.

Həmçinin Respublika Silahlı Qüvvələri Baş Qərargahının iki nümayəndəsi, ədliyyə nazirinin müşavirlərindən biri, sərhəd qoşunları idarəsinin rəisi də daxil olmaqla Milli Təhlükəsizlik Xidmətinin üç əməkdaşı və Daşınmaz Əmlak Kadastrı üzrə Dövlət Komitəsinin şöbələrindən birinin rəisi də işçi qrupuna daxil olacaq.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm