Region
Kopırkin gedir: Rusiya Ermənistana onu səfir göndərir?
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini geri çağıracağı sentyabr ayından bəri mətbuatda müzakirə olunur.
Publika.az xəbər verir ki, iddialara görə, nə Ermənistan, nə də Rusiya hakimiyyəti 2018-ci ilin aprelindən bəri vəzifədə olan səfirdən razı deyil.
Onlar hesab edirlər ki, Ermənistanda artan anti-Rusiya əhval-ruhiyyəsində qismən onun günahı var. Kopırkinin yerinə təyin olunacaq şəxsin adı artıq məlumdur və müzakirə olunur.
“Haraparak” nəşri bildirir ki, Rusiya Ermənistana Aleksandr Vadimoviç Sterniki səfir göndərə bilər.
O, yüksək vəzifəli diplomatdır, 2012-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Üçüncü Departamentinin Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) ilə münasibətlərlə məşğul olan direktoru vəzifəsində çalışır. Sternik Nyu-Yorkda BMT-dəki Rusiya missiyasında da çalışıb. 2005-2011-ci illərdə Böyük Britaniyadakı Rusiya səfirliyinin baş məsləhətçisi, 2011-2012-ci illərdə isə Rusiya Xarici İşlər Nazirliyinin Pan-Avropa Əməkdaşlıq Departamentinin direktor müavini vəzifəsində çalışıb.
Müəllif: Tural
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq





















.jpg)














.jpg)