Ermənistanda bu şəxslər məcburi hərbi xidmətdən azad edildilər
Bizi izləyin

Region

Ermənistanda bu şəxslər məcburi hərbi xidmətdən azad edildilər

Ermənistanda bu şəxslər məcburi hərbi xidmətdən azad edildilər

Ermənistan Daxili İşlər Nazirliyinin polis və xilasetmə xidmətlərinə qoşulan şəxslər məcburi hərbi xidmətdən azad ediləcəklər.

Publika.az xəbər verir ki, "Hərbi xidmət və hərbçilərin statusu haqqında" qanuna dəyişiklik layihəsi cümə axşamı hökumət iclasında təsdiqlənib və parlamentə təqdim olunacaq.

Bir neçə il əvvəl bu prosedur qüvvədə idi, lakin sonradan ləğv edildi. Mövcud qanunvericiliyə görə, yalnız məcburi hərbi xidmətini başa vurmuş şəxslər Daxili İşlər Nazirliyinin polis və xilasetmə xidmətlərinə qoşula bilərlər.

Daxili İşlər Nazirliyi qeyd edib ki, məcburi hərbi xidmət tələbi bu sahələrdə karyera qurmaq istəyən insanların axınını azaldır.

Daxili İşlər Nazirliyinin izahlı qeydində deyilir: "Bu problem islahat mərhələsində və yeni polis modelinin yaradılması zamanı, eləcə də polis və xilasetmə xidmətlərinin təlim keçmiş və məsuliyyətli işçilərlə təmin edilməsi zərurəti ilə daha da aktuallaşıb".

Bununla əlaqədar olaraq, polis akademiyasını (və ya müvafiq xilasedicilər məktəbini) bitirmiş şəxslər, sözügedən təhlükəsizlik qüvvələrində fasiləsiz ən azı on il xidmət etdikləri təqdirdə, hərbi xidmətdən azad ediləcəklər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm