Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
Bizi izləyin

Region

Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO

Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO

Cümə axşamı günü qanunvericilik iclası zamanı Ermənistan parlamentinin üzvləri arasında kütləvi dava baş verib.

Publika.az xəbər verir ki, "Mülki Müqavilə" partiyasından olan millət vəkili Taron Çaxoyanın çıxışı zamanı əvvəlcə hakim partiya ilə müxalifətdəki "Güclü Ermənistan" partiyasının parlament üzvləri arasında söz atışması baş verib.

Dava Taron Çaxoyan və Qarnik Davtyan (“Güclü Ermənistan”) arasında başladı. Daha sonra onlarla millət vəkili də də davaya qoşulub. Yumruqlar və butulka havada oynayıb.

Spiker Ruben Rubinyan müdaxilə etməyə tələsməyib və yalnız bir müddət sonra, dava qızışanda təhlükəsizlik xidmətinə zəng edib.

Yalnız bundan sonra fasilə elan edilib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm