Region
Andranikin burnu qanayıb, Rubenin paltarı cırılıb: Ermənistan parlamentindəki davanın təfərrüatı
Oktyabrın 29-da Ermənistan Milli Assambleyasında baş verən davadan sonra parlament binasına təcili yardım maşını gəlib.
Publika.az “News.am”a istinadla xəbər verir ki, "Güclü Ermənistan" partiyasının deputatı Andranik Gevorkyanın burnundan qan axırmış, Ruben Mxitaryanın isə paltarı cırılıb.
Xəbər verdiyimiz kimi, hər şey “Mülki Müqavilə” Partiyasından olan millət vəkili Taron Çaxoyanın çıxışı ilə başlayıb.
O, bəyan etdi: "Cənab Karapetyan, əminiz, atanız və əmioğlunuz da daxil olmaqla, bütün ailənizin siyasətlə məşğul olması mənim günahım deyil. Hətta əminiz oğlu ölkəmizdə bir nazirlik açmağa çalışdı. Onun bütün qadınları məmnun edəcək bir nazirlik açmaq istəməsi mənim günahım deyil. Siz hələ də buna görə üzr istəməmisiniz".
Bundan sonra “Güclü Ermənistan” blokunun fraksiyasının rəhbəri Narek Karapetyan oturduğu yerdən nəsə qışqırmağa başlayıb.
Çaxoyan cavab verib: “Sən özün başdan ayağa qədər bir “ara”san”.
Vəziyyət daha da gərginləşib, çünki "Güclü Ermənistan"dan olan Qarnik Davityanın Taron Çaxoyanı itələməsi və onun yumruqla cavab verməsi ilə vəziyyət daha da gərginləşib.
Daha sonra deputatlar arasında kütləvi dava başlayıb. Kimin kimi vurduğu bəlli deyildi. Bir çox deputat yaralanıb. Parlament sədrinin müavini Vaaqn Aleksanyan müxalifət üzvlərinə stul atıb.
Nəticədə Ruben Rubinyan fasilə elan etmək məcburiyyətində qalıb. O, zala təhlükəsizlik işçilərini çağırıb. Dəhlizdə gərgin atmosfer davam edib və ədəbsiz ifadələr eşidilib.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
