Paşinyandan növbədənkənar seçki ilə bağlı yeni açıqlama: Elə bir təklif verəcəyik ki...
Bizi izləyin

Region

Paşinyandan növbədənkənar seçki ilə bağlı yeni açıqlama: Elə bir təklif verəcəyik ki...

Paşinyandan növbədənkənar seçki ilə bağlı yeni açıqlama: Elə bir təklif verəcəyik ki...

Keçən dəfə mümkün ssenari kimi növbədənkənar seçkilərdən bəhs etmişdim, amma dünənki hökumət saatından sonra əminəm ki, növbədənkənar seçkilərin keçirilməməsi ehtimalı yüksəkdir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.

O deyib ki, bunun əvəzinə Konstitusiyanın bir hissəsi ilə bağlı müxalifətin rədd edə bilməyəcəyi təklif veriləcək.

"Dünən hökumət saatının nəticələrinə əsasən, onlar bizə prosesi müxalifətə güclü ictimai təzyiq yaradacaq şəkildə aparmaq imkanı verdilər ki, onların səsverməsi yeni Konstitusiya ilə bağlı referendum keçirməyə imkan versin".

Lakin Paşinyan bu təklifi hazırlaya biləcəyinə zəmanət verə bilməyəcəyini bildirib: "Daha çox şey deyə bilmərəm".

Onun qiymətləndirməsinə görə, müxalifətin sualı budur ki, bu, sülh prosesində son nöqtədirmi?

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm