Region
Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
Ermənistanda biometrik pasportlar üçün “qızıl nömrə"lərin əlavə ödənişlə satılması nəzərdə tutulur. Keçmiş polis rəsmisi belə pasportlara böyük tələbat yaranacağını, hətta vətəndaşların avtomobillərinin dövlət nömrə nişanları ilə eyni rəqəmləri seçmək üçün milyonlarla dram ödəyəcəyini proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan polisinin keçmiş rəis müavini, sabiq Pasport və Viza İdarəsinin rəhbəri Ovanes Koçaryan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, biometrik pasportların tətbiqindən sonra vətəndaşlar əlavə ödəniş etməklə “qızıl nömrə"li pasportlar seçə biləcəklər. Adi pasportun qiyməti 28 650 dram (təxminən 135 manat) olacaq.
Paşinyanın sözlərinə görə, belə xidmətə tələbatın olacağı şübhə doğurmur və dövlət bundan əlavə gəlir əldə edə bilər. Baş nazir vəsaitlərin pasport sisteminin inkişafına yönəldiləcəyini bildirib.
Koçaryan bildirib ki, “qızıl nömrə"li pasportlar istəyənlərin sayı kifayət qədər çox olacaq. Onun fikrincə, bəzi vətəndaşlar pasport nömrələrinin avtomobillərinin dövlət nömrə nişanları ilə üst-üstə düşməsini də istəyəcəklər.
“Ermənistanda gözəl avtomobil nömrələri üçün milyonlarla dram ödəyən çoxlu insan var. Bəs niyə pasportlarda da eyni vəziyyət yaşanmasın?! Cəmiyyətimizdə gözəl nömrələrə tələbatın hələ də mövcud olması məni səmimi şəkildə təəssüfləndirir. Şəxsən mən heç vaxt belə yanaşmanı dəstəkləməmişəm. Amma reallıq budur. Hökumət bundan yararlanaraq maliyyə qazancı əldə etmək qərarına gəlibsə, nə deyə bilərəm?!” - deyə keçmiş polis rəsmisi bildirib.
Bununla belə, Koçaryan hesab edir ki, dövlətin büdcəyə əlavə vəsait cəlb etməsi üçün daha səmərəli yol pasport xidmətlərinin sürətləndirilməsidir. Onun təklifinə əsasən, əlavə ödəniş müqabilində biometrik pasportları adi 2-3 həftə əvəzinə 2-3 gün ərzində təqdim etmək olar. O qeyd edib ki, mövcud pasportlarla bağlı artıq belə bir təcrübə var və bu üsul daha rasional olardı.
Qeyd edək ki, noyabrın 1-dən Ermənistanda hazırda fəaliyyət göstərən pasport şöbələri bağlanacaq və biometrik pasportların rəsmiləşdirilməsi üçün yeni ofislər işə başlayacaq. Yeni sistemin fəaliyyət qaydaları oktyabrın 29-da hökumətin iclasında təsdiqlənib.
Vətəndaşlar yeni pasport ofislərinə müraciət etməzdən əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin portalında elektron anket doldurmalı və sistemdən müvafiq icazə almalıdırlar.
Yeni ofisləri Fransanın "Idemia" konsorsiumuna daxil olan özəl şirkət idarə edəcək. Lakin şirkət nazirliyin sistemindən əvvəlcədən icazə almayan şəxslərə xidmət göstərə bilməyəcək.
Müəllif: Adəm
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı















.jpg)





















.jpg)
.jpg)
