Region
Ermənistan yeni Konstitusiyası ilə bağlı Azərbaycanla müzakirələr apara bilər - Rubinyan
Ermənistan hakimiyyəti Azərbaycanla eyni vaxtda sülh müqaviləsi imzalamaq və yeni konstitusiyanın qəbul edilməsi imkanlarını müzakirə etməyi istisna etmir.
Publika.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, müxalifət konstitusiya dəyişiklikləri məsələsini sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib və belə bir ssenarinin mümkün nəticələri ilə bağlı bir sıra suallar qaldırıb.
"Bunlar maraqlı suallardır və nəzəri olaraq, onlara verilən cavablar vəziyyətin müəyyən bir həllinə gətirib çıxara bilər. Ola bilər, ya da olmaya bilər", - Rubinyan qeyd edib.
Bu cavabların Azərbaycandan gəlib-gəlməməsi barədə suala vitse-spiker belə cavab verdi: "Hər yerdən, mütləq hər yerdən".
O, həmçinin yeni Konstitusiyanın qəbul edilməsi prosesinin çıxılmaz vəziyyətə düşdüyü iddialarını da rədd edib. Rubinyanın sözlərinə görə, gələcək fəaliyyət üçün müxtəlif variantlar müzakirə olunsa da, bu cür nəticələr üçün heç bir əsas yoxdur.
Müəllif: Tural
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR



































.jpg)
.jpg)
