Region
İrandan genişmiqyaslı müharibə xəbərdarlığı - “Bütün ssenarilərə hazırıq”
İran hakimiyyəti genişmiqyaslı müharibənin başlama ehtimalını istisna etmir və silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətində saxlayır.
Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalının efirində bildirib.
“Biz müharibənin başlama ehtimalını istisna etmirik və bütün ssenarilərə hazırıq”, - deyə o bildirib.
Araqçi qeyd edib ki, İran silahlarını modernləşdirib, zəif tərəflərini aradan qaldırıb və yeni silah növlərini sınaqdan keçirib. Onun sözlərinə görə, İran qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir.
Bundan əvvəl İranın Hörmüz boğazında gəmiçiliyin bərpası müqabilində ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması təklifini Pakistan vasitəsilə ABŞ administrasiyasına çatdırdığı bildirilmişdi. İran tərəfi iki əsas məsələnin diplomatik yolla həllini təklif edib: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması.
Hüseyn İbadlı
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!

















.jpg)


















.jpg)
.jpg)
