Region
Prezidentlər regionun təhlükəsizliyindən danışdılar
Türkiyə Ukraynada sülhün təmin olunması istiqamətində bütün imkanlarını səfərbər etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Ərdoğan Ukrayna ilə Rusiya arasında İstanbulda aparılmış danışıqları xatırladaraq bildirib ki, Türkiyədə baş tutan görüşlər diplomatik təmaslar vasitəsilə konkret nəticələr əldə etməyin mümkünlüyünü göstərib.
“Ədalətli sülhə nail olunarsa, tərəflərdən heç biri məğlub sayılmayacaq. Sülhün bərqərar olması üçün lazımi şəraitin yaradılmasına hər cür töhfə verməyə hazırıq”, – deyə Türkiyə Prezidenti bildirib.
Ukrayna Prezidenti Türkiyə ilə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və bu istiqamətdə səyləri davam etdirməyə hazır olduqlarını bildirib.
Zelenski Kiyev və Moskva arasında danışıqların keçirilməsinə dəstək vermək niyyətinə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, bundan əvvəl iki ölkənin prezidentləri “Dolmabahçe” sarayında əvvəlcə məhdud, daha sonra geniş tərkibdə olmaqla, ümumilikdə bir saat yarım davam edən görüş keçiriblər.
Türkiyə nümayəndə heyətində milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Ukrayna nümayəndə heyətində isə xarici işlər naziri Andrey Sibiqa və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov iştirak ediblər.
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir



































.jpg)
.jpg)
