Region
Ərdoğan ona yüksək vəzifə verdi - DOSYE
Türkiyənin Kapital Bazarları Şurasının (SPK) sədri vəzifəsinə Vergi Təftişi İdarəsinin rəhbəri Muhsin Atcı təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə qərar “Rəsmi Qəzet”də dərc edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, 6362 saylı Kapital Bazarları haqqında Qanunun 119-cu maddəsinə, eləcə də Prezidentin 3 saylı fərmanının 2, 3 və 7-ci maddələrinə uyğun olaraq, Muhsin Atcı SPK-nın sədri, Ersin Başar Ekmekçi sədr müavini, Yasemin Girici isə qurumun üzvü təyin edilib.
Muhsin Atcı kimdir?
Muhsin Atcı İstanbul Universitetinin Siyasi Elmlər fakültəsinin Dövlət İdarəçiliyi bölməsini bitirib. 2014-cü ildə ABŞ-ın Dyuk Universitetində inkişaf siyasəti üzrə magistr dərəcəsi alıb.
Ankara Hacı Bayram Veli Universitetinin Maliyyə bölməsində doktorantura təhsilini davam etdirən Atcı əmək fəaliyyətinə 2003-cü ildə vergi müfəttişinin köməkçisi kimi başlayıb. 2005-ci ildə gəlirlər üzrə nəzarətçi təcrübəçisi, 2008-ci ildə gəlirlər üzrə nəzarətçi, 2010-cu ildə isə İnzibati və Maliyyə İşləri İdarəsinin müdir müavini vəzifələrində çalışıb. 2011-ci ildə Vergi Təftişi İdarəsi yaradıldıqdan sonra vergi müfəttişi təyin edilib.
Atcı 2014-cü il sentyabrın 15-dən 2017-ci il iyulun 7-dək Ankarada iri vergi ödəyiciləri üzrə qrup rəhbəri, 2017-ci il iyulun 31-dən 2019-cu il aprelin 18-dək Vergi Təftişi İdarəsinin sədr müavini vəzifələrində çalışıb. 2023-cü il oktyabrın 7-də isə həmin qurumun rəhbəri təyin edilib.
Hüseyn İbadlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)