Region
İranda COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır
İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır.
Publika.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçək xəbərdarlıq edib.
E. Kuçək deyib ki, hazırda yayılan koronavirus alt ştammının ötürülmə və yoluxma sürəti əvvəlkilərdən qat-qat yüksəkdir, lakin bu növ koronavirusun səbəb olduğu ölüm göstəriciləri əvvəlki növlərə nisbətən daha azdır:
"Yayılmış viruslara, xüsusən də koronavirus və qripə yoluxmağın qarşısını almaq üçün yeganə təsirli və qabaqlayıcı yol, əlləri müntəzəm yumaq, izdihamlı mühitlərdə maskadan istifadə etmək və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan şəxslərin mümkün qədər sıx və izdihamlı yerlərdən çəkinməsi kimi fərdi gigiyena qaydalarına riayət etməkdir.
Mövcud məlumatlara əsasən, COVID-19 virusuna yoluxma hallarının əhəmiyyətli dərəcədə artması və kəskin yüksəlişi ilə üz-üzəyik".
Qeyd olunub ki, bir çox insan ailə üzvlərinin, xüsusən də uşaqların tənəffüs yolları infeksiyalarına yoluxduğunu bildirir.
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü




































.jpg)
