Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi
Bizi izləyin

Region

Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi

Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi

Türkiyə hakimiyyəti ölkədə fəaliyyəti qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanı İmralı adasındakı həbsxananın yeni korpusuna köçürüb. O, 1999-cu ildən həmin həbsxanada saxlanılır.

Publika.az xəbər verir iki, bu barədə kürdlərin DEM Partiyasının yüksək vəzifəli nümayəndəsi Mithat Sancar məlumat verərək Ankara ilə kürd hərəkatı arasında sülh prosesinin sürətləndirilməsinə çağırıb.

Sancar şənbə günü "Medya Haber TV" telekanalına müsahibəsində Öcalanın köçürüldüyünü təsdiqləyib, lakin onun saxlanma şəraitinin yaxşılaşdırılıb-yaxşılaşdırılmadığını dəqiqləşdirməyib. Bununla belə, onun açıqlamaları yeni korpusda daha rahat şəraitin təmin oluna biləcəyindən xəbər verir.

Öcalan 1999-cu ildən həbsdədir. Onun saxlanma şəraitinin yaxşılaşdırılması 1984-cü ildən davam edən və on minlərlə insanın həyatına son qoyan münaqişəyə son qoymaq səyləri çərçivəsində kürd tərəfinin əsas tələblərindən biri olub.

2025-ci ilin fevralında Öcalan PKK-ya təşkilatı buraxmaq və silahı yerə qoymaq çağırışı edib. May ayında hərəkat silahlı mübarizəni dayandırdığını bəyan edib, avqustda isə Türkiyə parlamenti minlərlə silahlı şəxsə şərti amnistiya nəzərdə tutan qanunu təsdiqləyib. Daha sonra sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Sancar bildirib ki, Öcalanın yeni korpusa köçürülməsi “sülh prosesinin sürətləndirilməsini tələb edir”. Onun sözlərinə görə, son iki ayda danışıqlar faktiki olaraq dayandırılıb.

O vurğulayıb ki, Öcalan danışıqların əlaqələndirilməsində iştirak etməlidir. Sancar Türkiyə hakimiyyətini sərt mövqedən və birtərəfli tələblərdən imtina etməyə çağırıb.

Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır. Təşkilatın qurucularından biri olan Öcalan kürdlər arasında əhəmiyyətli nüfuza malik olmaqda davam edir və sülh yolu ilə nizamlanma prosesində irəliləyişə nail olunması baxımından əsas fiqurlardan biri hesab olunur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm