İran ABŞ-ı yeni və qabaqcıl silahlarla vurmaqla hədələdi
Bizi izləyin

Region

İran ABŞ-ı yeni və qabaqcıl silahlarla vurmaqla hədələdi

İran ABŞ-ı yeni və qabaqcıl silahlarla vurmaqla hədələdi

Müharibə yenidən başlayacağı təqdirdə İran yeni müasir silahlardan istifadə etməklə ABŞ-a sarsıdıcı zərbələr endirəcək.

Publika.az "Mehr"ə istinadla xəbər verir ki, bu xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi çıxış edib.

Onun sözlərinə görə, İran tərəfinin irəli sürdüyü yeddi şərt yerinə yetiriləcəyi təqdirdə Tehran diplomatik yolla nizamlanmaya hazırdır. Lakin ölkəyə qarşı istənilən hücuma sərt cavab veriləcək.

“Ölkəmizə qarşı hər hansı bir addım atılarsa, yeni silahlardan istifadə etməklə təcavüzkara sarsıdıcı zərbələr endirəcəyik”, — deyə Rezayi İranın ali rəhbəri Müctəba Xameneinin silahlı qüvvələrə verdiyi göstərişə istinadla bildirib.

Bundan əvvəl Xamenei ali hərbi komandanlıqla görüşü zamanı maksimum çəkindirməni təmin etmək üçün döyüş hazırlığının qorunmasının vacibliyini vurğulayıb. O, xarakterindən və səviyyəsindən asılı olmayaraq, istənilən təhdidə dərhal və effektiv cavab verilməsi barədə göstəriş verib və reaksiyanın müəyyən coğrafi zona ilə məhdudlaşdırılmamasını tapşırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm