ABŞ İrana nüvə zərbəsi endirə bilər - Karlson əsas hədəfi açıqladı
Bizi izləyin

Region

ABŞ İrana nüvə zərbəsi endirə bilər - Karlson əsas hədəfi açıqladı

ABŞ İrana nüvə zərbəsi endirə bilər - Karlson əsas hədəfi açıqladı

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailin Baş naziri Binyamin Netanyahunun təzyiqi ilə yaxın bir neçə gün ərzində İrana nüvə zərbəsi endirə bilər.

Publika.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsində paylaşım edib.

Jurnalistin sözlərinə görə, hücumun mümkün hədəfi İsrail kəşfiyyatının məlumatına əsasən, İslam Respublikasının uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi Pikaks dağı ola bilər.

Karlson qeyd edib ki, heç bir silah obyektin təxminən 100 metr qalınlığındakı müdafiə qatını dəf edə bilməz. Buna görə də “yeganə variant nüvə zərbəsidir”. Onun sözlərinə görə, Netanyahu parlament seçkilərindən sonra yaranmış qeyri-sabit siyasi vəziyyət səbəbindən buna nail olmağa çalışır.

Jurnalist bildirib ki, ABŞ lideri, ehtimal ki, hələ yekun qərar qəbul etməyib və vitse-prezident Cey Di Vens, eləcə də xüsusi nümayəndə Stiv Uitkoff da daxil olmaqla, müşavirləri ilə məsləhətləşmələr aparır. Onların Tehranla sülh sazişinin bağlanmasının tərəfdarı olduğu bildirilir.

Daha əvvəl Tramp Vaşinqtonla Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı tədbirlər görülməsinin zəruriliyini bəyan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm