Region
Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
Gürcüstan 2022-ci ildə Rusiyaya qarşı ikinci cəbhə açmaqdan imtina etməklə Qərbin onu öz maraqları naminə müharibəyə cəlb etmək planına qarşı çıxıb.
Publika.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Nikolay Bordyuja "RİA Novosti"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynadan fərqli olaraq, Gürcüstan bu addımın hansı nəticələrə gətirib çıxaracağını anlayıb və Qərbin təklifini qəbul etməyib.
“Ukrayna bunu anlamadı, gürcülər isə anladılar. Ukrayna müharibəsi başlayanda onlara ikinci cəbhə açmağı təklif etdilər, lakin imtina etdilər. Başa düşdülər ki, onları da sadəcə olaraq, top yeminə çevirmək istəyirlər”, - deyə Bordyuja vurğulayıb.
O əlavə edib ki, Gürcüstan bu ideyadan uzaqlaşmaqla müdrik qərar verib. Bordyujanın fikrincə, Qərbin bir çox tərəfdaşları gec-tez öz maraqları naminə istifadə olunduqlarını anlayırlar. Bunun müqabilində isə onlara Avropa İttifaqına üzvlük vəd edilir.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri dəfələrlə Qərb ölkələrinin rəsmilərinin Tbilisini Rusiyaya qarşı ikinci cəbhə açmağa razı salmağa çalışdıqlarını bildiriblər. Bu məsələ Gürcüstanla Kiyev arasında münasibətlərin də gərginləşməsinə səbəb olub.
Belə ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynanı postsovet məkanının ən korrupsiyalaşmış ölkələrindən biri adlandırıb.
Müəllif: Adəm
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
