Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma - Xalq pul ödəyəcək
Bizi izləyin

Region

Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma - Xalq pul ödəyəcək

Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma - Xalq pul ödəyəcək

Ermənistan hökuməti 2027-ci il yanvarın 1-dən etibarən siyasi partiyaların, ictimai təşkilatların və media qurumlarının maliyyələşdirmə mexanizmlərində köklü dəyişikliklər etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Onun sözlərinə görə, universal bəyannamə sisteminin tətbiqi vətəndaşlara ödədikləri gəlir vergisindən birbaşa bu qurumlara ianə etməyə imkan verəcək.

Baş nazirin sözlərinə görə, sistem universal bəyannamə prinsipi ilə fəaliyyət göstərir.

Paşinyan qeyd edib ki, "ümumi bəyannaməni doldurub təsdiqlədikdən sonra vətəndaşlar ödədikləri gəlir vergisindən siyasi partiyalara, ictimai təşkilatlara və mediaya ianə etmək üçün istifadə edə biləcəklər".

Hökumət başçısının sözlərinə görə, bu yenilik siyasi sistemin müstəqilliyinin, QHT-lərin inkişafı və medianın maliyyə müstəqilliyinin təmin edilməsində həlledici rol oynayacaq.

“Tətbiqdən sonrakı ilk ildə bu strukturlara maliyyə axınının əhəmiyyətli olacağı gözlənilməsə də, uğur əsasən təşkilatların öz fəaliyyətindən və vətəndaşların etimadını qazanmaq istəyindən asılı olacaq. Bu sistemin yaradılması daha müstəqil, dövlət və vətəndaş yönümlü siyasi sistemin formalaşmasına imkan verəcək, demokratik institutların təməllərini möhkəmləndirəcək”, - deyə Nikol Paşinyan bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm