Əraqçi danışıqların taleyinin bu şərtlərdən asılı olduğunu açıqladı - Tehranın Vaşinqtona 7 günlük təklifi
Bizi izləyin

Region

İran və ABŞ arasında mümkün danışıqların gündəliyini Tehranın irəli sürdüyü “yeddi günlük plan” təşkil edir.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, plan ABŞ-ın müəyyən öhdəlikləri yerinə yetirməsini, Hörmüz boğazının açılmasını və bundan sonra iki ölkə arasında danışıqların bərpasını nəzərdə tutur.

Əraqçi qeyd edib ki, Vaşinqton yeni sanksiyalar tətbiq etməməli, regiondakı hərbi qüvvələrinin sayını artırmamalı, həmçinin sonradan tətbiq olunan məhdudiyyətləri aradan qaldırmalıdır. İran tərəfi Hörmüz boğazında gəmi hərəkətinin yeni marşrut üzrə tənzimlənməsini də tələb edir.

XİN rəhbəri Tehranın şərtləri yerinə yetiriləcəyi təqdirdə, boğazın açılmasından sonra ABŞ-la danışıqların bərpa oluna biləcəyini bildirib.

"Altıncı gün Hörmüz boğazı açılacaq, yeddinci gün isə İran və ABŞ arasında danışıqlar bərpa olunacaq", - Əraqçi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm