Paşinyan Brüsselə getdi
Bizi izləyin

Region

Paşinyan Brüsselə getdi

Paşinyan Brüsselə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, 3 noyabrda Brüsselə işgüzar səfərə yola düşüb.

Publika.az xəbər verir ki, o, burada “Euronews” tərəfindən təşkil edilən 2026-cı il Avropa İttifaqının Genişlənməsi Sammitində iştirak edəcək.

Bir gün əvvəl Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirmişdi ki, tədbir Avropa İttifaqının rəsmi orqanları, Avropa Komissiyası tərəfindən deyil, “Euronews” televiziya kanalı tərəfindən təşkil olunub.

“Bəli, Aİ-nin genişlənmə sammiti noyabr ayında Brüsseldə keçiriləcək. Lakin əslində sammit 15 və 16 noyabrda keçiriləcək. Ermənistan Avropanın genişlənməsi ilə bağlı rəsmi tədbirə dəvət olunmayıb və Nikol Paşinyan da iştirak etməyəcək”, - Aşotyan bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm