Region
Türkiyənin keçmiş kəşfiyyatçısının müəmmalı ölümü - Ekspertizanın rəyi açıqlandı
Ergenekon işi çərçivəsində həbs olunduğu müddətdə Silivri həbsxanasında vəfat edən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Ekspertiza rəyində Kozinoğlunun travmatik təsir nəticəsində öldüyünü təsdiqləyən hər hansı tibbi sübutun olmadığı bildirilib. Həmçinin onun zəhərlənmə nəticəsində həyatını itirməsi ehtimalını təsdiqləyən dəlillər də aşkarlanmayıb.
Ekspertlərin qənaətinə görə, keçmiş kəşfiyyat əməkdaşının ölümünə ürək xəstəliyi səbəb olub.
İnfarkt nəticəsində öldüyü bildirilən Kozinoğlunun vəfatı ilə bağlı yenidən başladılan istintaq çərçivəsində indiyədək 30 şübhəli barəsində hüquqi tədbirlər görülüb.
Şübhəlilər arasında həmin dövrdə Silivri Respublika Baş prokuroru vəzifəsində çalışmış Ali İşgören, həbsxananın prokuroru olmuş Necip Doğan, keçmiş MİT əməkdaşı Enver Altaylı, eləcə də həbsxana mühafizəçisi və təcili tibbi yardım texnikləri yer alır.
Məlumata görə, iş üzrə ümumilikdə doqquz nəfər həbs edilib. (Globalinfo.az)
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri




















.png)

















