Region
Ermənistanda pensiyaçılar üçün yeni proqram - 5500 dollar veriləcək
Ermənistanda 63-72 yaş arası vətəndaşların iqtisadi potensialının reallaşdırılması proqramı təsdiqlənib.
Publika.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin 5 noyabrda keçirilən iclasında qəbul edilib.
Bu qərar, sahibkarlıq təlimini, biznes planının hazırlanmasını və hədəf maliyyələşdirməni birləşdirərək, bu kateqoriyadan olan vətəndaşlar arasında iqtisadi fəaliyyəti stimullaşdırmaq və sahibkarlıq təşəbbüslərinin həyata keçirilməsinə yönəlmiş yeni bir dəstək aləti yaradacaq.
Proqramdan faydalananlar fərdi sahibkar kimi qeydiyyatdan keçmiş şəxslər, hüquqi şəxsin təsisçiləri və ya hüquqi şəxsin icra orqanının rəhbərləri ola bilər. Ərizələri, proqram çərçivəsində seçildiyi təqdirdə, yardım müqaviləsini imzalamadan əvvəl yuxarıda göstərilən statuslardan birini əldə etməyi öhdələrinə götürən vətəndaşlar da təqdim edə bilərlər.
Maliyyə yardımı üçün müraciətlər təhsil proqramını bitirmiş və müvafiq sertifikat almış şəxslər tərəfindən təqdim edilə bilər.
Hər bir faydalanan üçün maksimum yardım məbləği 2 milyon dram (təxminən 5500 dollar – red.) təşkil edir.
Yardım banklar və kredit təşkilatları vasitəsilə təmin ediləcək, vəsait birbaşa mal və ya xidmət təchizatçısına ödəniləcək.
Müəllif: Tural
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı


















.jpg)




.jpg)
















