Region
6 uşaq böyüdənlərə mənzil hədiyyəsi: Ermənistan hökumətindən yeni qərar
Ermənistanda altı və daha çox azyaşlı uşağı olan ailələrə mənzil sahibi olmaq üçün dövlət hesabına ipoteka dəstəyi veriləcək. Proqram çərçivəsində kreditin 100 faizi subsidiya ediləcək.
Publika.az xəbər verir ki, bu barədə qərar noyabrın 5-də Ermənistan hökumətinin iclasında qəbul olunub.
Proqrama əsasən, ailəyə hər azyaşlı uşağa görə 4 milyon dram (təxminən 11 min dollar) ayrılacaq. Bu vəsait mənzil almaq və ya ev tikmək üçün istifadə edilə bilər. Kənddə yaşamağa üstünlük verən ailələrə isə əlavə 4 milyon dram veriləcək. Həmin vəsait torpaq sahəsinin alınmasına, ev tikintisinə və ya kənd təsərrüfatı təyinatlı torpağın əldə edilməsinə yönəldilə bilər.
İpoteka üzrə ilkin ödəniş 0 faiz, kreditin müddəti isə 120 ay müəyyənləşdirilib. Mənzilin sahəsi hər ailə üzvünə ən azı 10 kvadratmetr hesabı ilə olmalıdır.
Proqramdan 2027-ci il iyulun 1-dək altı və daha çox yetkinlik yaşına çatmayan uşağı olan, bütün ailə üzvləri Ermənistan vətəndaşlığına malik şəxslər yararlana biləcək. Ailənin illik bəyan edilmiş ümumi gəliri 10 milyon dramı keçməməlidir.
Bundan başqa, müraciətdən əvvəlki iki il ərzində ailənin 50 milyon dramdan baha kadastr dəyəri olan yaşayış əmlakına sahib olmaması tələb edilir.
Proqram 2027-ci il iyulun 1-də qüvvəyə minəcək. Elektron müraciətlər 2029-cu il dekabrın 31-dək qəbul ediləcək.
Müəllif: Adəm
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi










.jpg)







.jpg)


.jpg)












