Region
Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı fövqəladə iclas keçirəcək.
Publika.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumət iclasında təsdiqlənib.
Fövqəladə iclasın gündəliyinə Ermənistanda 25% və ya daha çox dövlət payı olan beynəlxalq müqavilələr çərçivəsində yaradılan şirkətlərin hüquqi münasibətlərini tənzimləyəcək Səhmdar Cəmiyyətlər haqqında Qanuna düzəlişlər layihəsi daxildir.
Bu düzəliş marşrutun tikintisi və idarə olunması üçün yaradılan TRIPP İnkişaf Şirkətinin işini tənzimləməyə kömək edəcək, lakin beynəlxalq səviyyədə yaradıla biləcək digər şirkətlər üçün də nəzərdə tutulub.
Qanun layihəsinin dərhal qəbul edilməsi təklif olunur (birinci oxunuşdan sonra 24 saat ərzində ikinci oxunuş keçirilməlidir).
Xatırladaq ki, oktyabrın 28-də parlament Ermənistan və ABŞ arasında TRIPP marşrutu üzrə hökumətlərarası çərçivə sazişini ratifikasiya edib.
Müəllif: Tural
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
























.jpg)












