Region
Türkiyədə silahlı hücum: 8 nəfər öldürüldü - YENİLƏNDİ
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda baş verən sarsıdıcı qətliamla bağlı yeni və dəhşətli təfərrüatlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisənin əhatə dairəsinin daha geniş olduğu müəyyən edilib.
İhsaniyəyə bağlı Ayazini və Qıyır kəndlərinin ətrafındakı avtomobillərdə və çöl ərazilərdə aparılan araşdırmalar nəticəsində əvvəlcə pompalı tüfənglə qətlə yetirilmiş 6 nəfərin cəsədi tapılıb.
Araşdırmalar zamanı cinayətləri törədən şəxsin hadisə yerindən qaçarkən yolüstü getdiyi Yuxarıtandır kəndində də daha 3 nəfəri tüfənglə vurduğu məlum olub. Xəstəxanalara çatdırılan yaralılardan 2-si bütün müdaxilələrə baxmayaraq xilas oluna bilməyib və bununla da həyatını itirənlərin ümumi sayı 8 nəfərə çatıb. Hücum zamanı yaralanan 1 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilir.
Qırmızı rəngli yüngül ticari avtomobillə qaçdığı və şəhərdən kənardan gəldiyi müəyyən edilən şübhəlinin Kütahya istiqamətinə hərəkət etdiyi ehtimal olunur. Qonşu vilayətlər də daxil olmaqla bütün sərhəd xətləri və giriş-çıxış nöqtələri nəzarətə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxsin kimliyi müəyyənləşdirilib, fotoşəkli təhlükəsizlik qüvvələrinə paylanılıb. Şəxsin təhlükəsizlik kameralarına düşən görüntüləri də əldə olunub. Fərari qatilin tutulması istiqamətində genişmiqyaslı əməliyyat qətiyyətlə davam etdirilir.
Afyonkarahisar Valiliyindən məsələ ilə bağlı verilən açıqlamada bölgədə baş verən silahlı hücumlar nəticəsində 8 vətəndaşın həyatını itirdiyi, 1 vətəndaşın isə ağır yaralandığı təsdiqlənib. Hadisənin hərtərəfli aydınlaşdırılması üçün dövlət qurumlarının əlaqəli şəkildə işlədiyi, Respublika Baş Prokurorluğunun koordinasiyası ilə istintaq prosesinin həssaslıqla davam etdirildiyi qeyd olunub.
xxx
20:24
Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda baş verən qanlı hadisə bölgəni sarsıdıb.
Publika.az xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.
İlkin məlumatlara görə, İhsaniyəyə bağlı Ayazini və Qıyır kəndlərindəki avtomobillərdə odlu silahla qətlə yetirilmiş beş nəfərin cəsədi tapılıb.
Aparılan araşdırmalar və ərazi üzrə genişləndirilən operativ tədbirlər nəticəsində məlum olub ki, cinayətləri törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçarkən yolüstü digər bir nöqtədə də iki nəfəri tüfənglə vuraraq öldürüb. Bununla da hücum nəticəsində həyatını itirənlərin ümumi sayı 7-yə çatıb.
Hadisə yerinə cəlb olunan jandarma və polis qüvvələri cinayətlərin baş verdiyi məhəllələrin giriş-çıxış nöqtələrini tam nəzarətə götürərək bağlayıblar.
Qatil və ya qatillərin yaxalanması istiqamətində genişmiqyaslı axtarış əməliyyatları qətiyyətlə davam etdirilir.
Həyatını itirən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Hüseyn İbadlı
-
MDB21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?






















.jpg)















.jpg)