Region
Türkiyə Parlamenti Məkkə Müdafiə Paktını təsdiqlədi
Türkiyə parlamenti Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Müdafiə Paktını ratifikasiya edib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qanun layihəsinin parlamentdə müzakirəsi çərşənbə günündən başlayıb. Səsvermənin nəticələrinə görə, 279 deputat layihənin lehinə, 119 deputat isə əleyhinə səs verib. Bitərəf qalan olmayıb və qanun layihəsi qəbul edilib. Saziş Türkiyə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Oktyabrın 27-də pakt Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası tərəfindən təsdiqlənib. Sənədə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə silahlı hücum hər üç ölkəyə hücum kimi qiymətləndirilir. Saziş, həmçinin hərbi əməkdaşlığın genişləndirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini və birgə müdafiə sənayesinin inkişafını nəzərdə tutur.
Avqust ayında hərbi ekspert, beynəlxalq məsələlər üzrə jurnalist Sergey Latışev Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində sazişin imzalanmasının ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətinin nəticəsi olduğu barədə fikrini bildirmişdi. Onun sözlərinə görə, sənəd regionun Vaşinqtonun hərbi mövcudluğundan azad edilməsinə start verib.
Hüseyn İbadlı
-
İdman02:12Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" isə...
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB5 Noyabr 22:24Xameneinin məktubu Putinə çatdırıldı
-
MDB5 Noyabr 21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi


















.jpg)













.jpg)

