Xamenei Putindən bu silahı istəyib - Moskva nə cavab verəcək?
Bizi izləyin

Region

Xamenei Putindən bu silahı istəyib - Moskva nə cavab verəcək?

Xamenei Putindən bu silahı istəyib - Moskva nə cavab verəcək?

İran Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq üçün danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ölkənin ali lideri Müctəba Xameneinin müraciətini Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. Məktubda Moskvadan “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü xahiş olunub.

Tehran bu yolla ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışır.

“The Telegraph” yazır ki, Rusiya Ukraynada davam edən müharibənin hərbi ehtiyaclarını nəzərə alaraq, komplekslərin İrana satışına könülsüz razılıq verə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm