Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
Bizi izləyin

Region

Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı

Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı

İran ABŞ-ın mümkün hərbi hücumundan ehtiyat edərək Nətənz yaxınlığındakı Külüng dağı ərazisində yerləşən yeraltı obyektin müdafiəsini gücləndirir.

Publika.az-ın “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, Donald Trampın bu əraziyə zərbə endirməklə bağlı əvvəlki təhdidləri Tehranda narahatlıq yaradıb.

Bildirilir ki, İran tərəfi mümkün hücuma qarşı obyektin girişlərini möhkəmləndirir və əlavə müdafiə tədbirləri görür. Qranit süxurların dərinliyində yerləşən kompleksin İranın nüvə proqramı ilə əlaqəli olduğu ehtimal edilir. Burada uranın zənginləşdirilməsi avadanlıqlarının yerləşdirilə biləcəyi bildirilsə də, obyektin hazırkı təyinatı müstəqil şəkildə təsdiqlənməyib.

Mütəxəssislərin fikrincə, obyektin dərinlikdə və möhkəm qranit qatının altında yerləşməsi onu ABŞ-ın ən güclü bunkerdağıdan bombaları üçün belə çətin hədəfə çevirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm