Region
Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.
Publika.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ankara ilə münasibətlərin normallaşdırılması məsələsini şərh edərkən bildirib.
"Biz niyə türklərlə savaşmalıyıq? Əgər onlar bizə hücum etmək istəsələr, bizim möhkəmlənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklərin bizi məhv edəcəyi kimi yanlış təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur. Uşaqlarımıza qisas yox, sülhü miras qoymağın və müharibənin qarşısını almağın zəruriliyi ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir", - o əlavə edib.
Bununla yanaşı, A.Simonyan vurğulayıb ki, ölkənin müdafiəsini təmin etmək üçün Ermənistana güclü ordu lazımdır.
"Tramp marşrutu" (TRIPP) layihəsindən bəhs edərkən, o, ticarəti və ortaq maraqların formalaşmasını sülhün vacib tərkib hissələri adlandırıb. Onun qiymətləndirməsinə görə, bu layihə iqtisadi, diplomatik və təhlükəsizlik baxımından əhəmiyyətə malikdir.
A.Simonyan, həmçinin qeyd edib ki, marşrut İran sərhədindən təxminən 15 metr aralıdan keçəcək, buna görə də onun rolu ABŞ, İran və bütün regionun maraqları kontekstində nəzərdən keçirilməlidir: "Bu, iqtisadi, diplomatik layihədir, sülh alətidir".
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA















.jpg)








.jpg)








.jpg)
