Heydər Əliyevin büstünə qarşı vandallıq edən erməninin məhkəməsi təxirə salındı
Bizi izləyin

Region

Heydər Əliyevin büstünə qarşı vandallıq edən erməninin məhkəməsi təxirə salındı

Heydər Əliyevin büstünə qarşı vandallıq edən erməninin məhkəməsi təxirə salındı

Tbilisidə Heydər Əliyevin büstünə qarşı vandallıq edən Ermənistan vətəndaşı İ.A.-nın işi üzrə ilk məhkəmə iclası noyabr ayından dekabr ayına təxirə salınıb.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Teona Peradze “Sputnik Ermənistan”a bildirib.

"Gürcüstanda saxlanılan Ermənistan vətəndaşının psixiatrik qiymətləndirməsi dekabrın 21-dək hazır olacaq. İşin sonrakı inkişafı nəticələrdən asılı olacaq", - deyə o bildirib.

Bu səbəbdən ilkin istintaq müddəti uzadılıb.

ehtiyac olarsa, o, adi klinikaya köçürüləcək.

Teona bildirib ki, saxlanılan şəxsin qohumları onunla telefonla əlaqə saxlayıblar, lakin Gürcüstana səfər etməyiblər. Ermənistan səfirliyinin nümayəndələri onu ziyarət edib, onunla danışıb və saxlanma şəraitini yoxlayıblar.

İlkin məlumatlara görə, erməni Gürcüstana sentyabrın 20-də gəlib. Sentyabrın 21-nə keçən gecə isə o, Tbilisi parkında yerləşən Heydər Əliyevin abidəsinə qarşı vandallıq edib. Daha sonra ölkəni tərk etməyə cəhd edib, lakin sərhəddə saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin əmlaka dəyən ziyana görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham olunur və 5 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm