Ermənistan nəhayət bu ölkədə səfirlik açır
Bizi izləyin

Region

Ermənistan nəhayət bu ölkədə səfirlik açır

Ermənistan nəhayət bu ölkədə səfirlik açır

Ermənistan yaxın aylarda Estoniyanın paytaxtı Tallində səfirlik açacaq.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniya Xarici İşlər Nazirliyinin yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bəyan edib.

Nazir bildirib ki, səfirliyin açılması iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.

Qeyd edək ki, Estoniya bu ilin aprel ayında İrəvanda səfirliyini açıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm