Ermənistan müxalifətinin namizədi həbsxanada öldü - FOTO
Bizi izləyin

Region

Ermənistan müxalifətinin namizədi həbsxanada öldü - FOTO

Ermənistan müxalifətinin namizədi həbsxanada öldü - FOTO

Ermənistan müxalifətinin “Güclü Ermənistan” partiyasından merliyə namizəd olmuş Arsen Gevorkyan istintaq təcridxanasında ürək tutmasından vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Samvel Karapetyanın partiyasından məlumat verilib.

Bildirilir ki, Gevorkyan “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılırdı. Səhər saatlarında səhhəti qəfil pisləşib. Çağırılan təcili tibbi yardım həkimləri onun həyatını xilas edə bilməyib.

Qeyd olunur ki, Gevorkyan oktyabrın 21-də - bələdiyyə seçkilərinə dörd gün qalmış rüşvət verməkdə ittiham olunaraq iki ay müddətinə həbs edilmişdi.

Xatırladaq ki, Ermənistanda seçicilərin ələ alınması işi üzrə ümumilikdə 24 nəfər saxlanılıb. Onların arasında Ağsaqqallar Şurasına namizəd olan dörd nəfər də var.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm