Region
Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
Ermənistanda vətəndaşlar dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyi və Yol Polisi adından göndərilən saxta mesajlarla bağlı xəbərdar edilib.
Publika.az xəbər verir ki, Ermənistan DİN-in Kibercinayətkarlıqla Mübarizə Polisi bu mesajların əsasən xarici telefon nömrələrindən "iMessage" vasitəsilə göndərildiyini açıqlayıb.
Bildirilib ki, saxta mesajlardakı keçidlər vasitəsilə vətəndaşların şəxsi və bank məlumatlarını ələ keçirmək, onların hesablarından pul oğurlamaq cəhdləri edilir.
Vətəndaşlara şübhəli keçidlərə daxil olmamaq, şəxsi və bank məlumatlarını paylaşmamaq, məlumatları yalnız rəsmi mənbələrdən yoxlamaq tövsiyə olunub. Bank məlumatlarını artıq təqdim edən şəxslərə isə dərhal bankları ilə əlaqə saxlamaq və polisə müraciət etmək çağırışı edilib.
Müəllif: Adəm
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
























.jpg)







.jpg)



