Ermənistan bu hüququndan məhrum edilə bilər - Lavrov açıqladı
Bizi izləyin

Region

Ermənistan bu hüququndan məhrum edilə bilər - Lavrov açıqladı

Ermənistan bu hüququndan məhrum edilə bilər - Lavrov açıqladı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın təşkilatın büdcəsinə illik üzvlük haqlarını ödəməməsi səbəbindən ölkənin KTMT qarşısında öhdəliklərini yerinə yetirməməsi məsələsi gündəmə gətirilib.

Lavrov bildirib ki, təklif olunan qərar layihəsinə əsasən, Ermənistan borcunu tam ödəyənədək təşkilatın orqanlarında kvota üzrə vəzifələrə öz vətəndaşlarını namizəd göstərmək və səsvermədə iştirak etmək hüququndan məhrum edilə bilər.

Məsələyə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm