Region
Gürcüstan və Türkiyə enerji əməkdaşlığını genişləndirir
Gürcüstan və Türkiyə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi, elektrik enerjisinin idxalı, ixracı və tranziti məsələləri müzakirə edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşündən sonra məlumat yayıb.
Görüşdə Qara dənizin sualtı elektrik ötürücü kabeli və yaşıl enerji dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi regionun enerji infrastrukturunun inkişafına, bərpaolunan enerji sektoruna yerli və beynəlxalq investisiyaların cəlb edilməsinə, enerji təhlükəsizliyinin gücləndirilməsinə və Avropa enerji bazarına inteqrasiyanın dərinləşməsinə töhfə verəcək.
Həmçinin COP31 çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının əhəmiyyəti qeyd olunub.
Sənədin regionda enerji bağlantılarının inkişafına, təmiz enerji mənbələrindən əldə olunan elektrik enerjisinin ötürülməsinə və müvafiq infrastrukturun yaradılmasına xidmət edəcəyi bildirilib.
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir















.png)




.jpg)














