Region
Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
Müxalifətdəki “Güclü Ermənistan” Partiyasından Stepanavan icmasının rəhbəri vəzifəsinə keçmiş namizəd Arsen Gevorkyanın ölümündən sonra həkimlərin cəzaçəkmə müəssisəsinə daxil olmasına icazə verilib.
Publika.az xəbər verir ki, bu barədə onun hüquq komandasının partiyanın rəsmi saytında dərc olunmuş bəyanatında bildirilib.
Vəkillərinin sözlərinə görə, Gevorkyanın vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib, lakin onu müayinə edən tibb işçiləri həkim deyil, paramedik olub.
"Təcili yardım dərhal çağırılmayıb. Gevorkyana həkim tərəfindən tibbi yardım göstərilməyib. Həkimlərin cəzaçəkmə müəssisəsinə ölümündən sonra buraxılmasına icazə verilib", - deyə bəyanatda bildirilir.
Vəkillər hesab edirlər ki, bu kimi hallar insan hüquqlarının pozulması ilə bağlı ciddi şübhələr doğurur və hərtərəfli, müstəqil və qərəzsiz araşdırma tələb edir.
Bundan əlavə, bəyanatda Gevorkyanın 23 oktyabrdan bəri siyasi təqiblərə məruz qaldığı iddia edilir. Vəkilləri iddia edirlər ki, onun həbsdə saxlanmasına ehtiyac yox idi, çünki iki aylıq həbs qətimkan tədbirinə baxmayaraq, ilkin istintaq təxminən 15 gün ərzində başa çatıb.
Müəllif: Tural
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner

















.jpg)

.png)

















