Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
Bizi izləyin

Region

Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır

Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır

Şaki kəndində evə girib atəş açan Azərbaycan əsgəri Ermənistan hökumətinin siyasi rəqiblərindən daha yaxşı şəraitdə saxlanılır.

Publika.az xəbər verir ki, bunu 11 noyabrda keçirilən mətbuat konfransında “Ermənistan” bloku fraksiyasının rəhbəri Anna Qriqoryan bildirib.

“Bilirsinizmi, Azərbaycan əsgəri harada saxlanılır? Milli Təhlükəsizlik Xidmətinin bədnam zirzəmisində - İrəvan-Kentron həbsxanasında. Bəs şəraiti təxmin edə bilərsinizmi?

Görünməmiş dərəcədə yaxşı şəraitdə”, - deyə Qriqoryan vurğulayıb və əlavə edib ki, qonşu kamerada Ermənistanın ikinci prezidenti Robert Köçəryan və müxalifət siyasi partiyalarının digər liderləri qeyri-insani şəraitdə saxlanılır.

“Bu, hakimiyyətin simasıdır – Azərbaycan əsgərləri üçün əla şərait, siyasi müxalifətdən olan insanlar üçün isə qeyri-insani şərait”, - deyə Qriqoryan bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm