Qərb Paşinyanı devirir, yerinə onu gətirir? - “Yenidən başla” hərəkatı aktivləşir
Bizi izləyin

Region

Qərb Paşinyanı devirir, yerinə onu gətirir? - “Yenidən başla” hərəkatı aktivləşir

Qərb Paşinyanı devirir, yerinə onu gətirir? - “Yenidən başla” hərəkatı aktivləşir

Siyasi arenada Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın tezliklə müxalifət sıralarına qoşulacağı ilə bağlı söz-söhbət gəzir.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Bildirilir ki, Qərb Qriqoryana güvənir, onu Nikol Paşinyan və onun hökumətinə qarşı “dəyənəyə” çevirməyə çalışır.

Belə müzakirələr Qriqoryan “Medialab”da "Aİ üzvlüyünün illüziyası" adlı siyasi məqaləsinin dərcindən sonra da da artıb. Həmin məqalədə Qriqoryan Paşinyanın siyasi kursunu tənqid edib.

2018-ci il inqilabında fəal iştirak edən, lakin hakimiyyət dəyişikliyindən sonra gizli fəaliyyətə keçən məşhur "Yenidən başla" hərəkatının da tezliklə aktivləşəcəyi barədə şayiələr gəzir. Onlar artıq Nikol Paşinyanla görüş təşkil ediblər və görüş zamanı bəzi gənclər baş nazirə konkret suallar veriblər.

Şayiələrə görə, Armen Qriqoryan onların sıralarına qoşulacaq. Yaxın gələcəkdə onlar qərbpərəstləri birləşdirməyə və Ermənistanın xarici siyasət məsələləri ilə bağlı aktiv təşəbbüslər irəli sürməyə çalışacaqlar, lakin bu, Aİ-yə doğru deyil, sözdə şaxələndirilmiş yolla, yəni təxminən Britaniya modeli kimi Rusiyanın təsir dairəsindən çıxmaqla, amma Aİ-yə qoşulmamaqla baş verəcək.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm