İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
Bizi izləyin

Region

İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi

İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi

İran əyalətlərinin üçdə birindən çoxunda qaz təchizatı ilə bağlı gərgin vəziyyət yaranıb.

Publika.az xəbər verir ki, bunu İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkküli bildiri.

İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaim-Pənah daha əvvəl qaz çatışmazlığı səbəbindən müəssisələrə və elektrik stansiyalarına, eləcə də əhaliyə məhdudiyyətlər qoyulması riski barədə xəbərdarlıq etmişdi. Ölkənin hazırkı qaz kəsiri gündə təxminən 530 milyon kubmetrdir. Keçən il bu rəqəm 300 milyon idi, lakin hərbi əməliyyatlar səbəbindən 230 milyona yüksəlib.

İran Neft Nazirliyinin "Shana" xəbər agentliyinin məlumatına görə, Təvəkküli bildirib ki, bu il qaz təchizatı baxımından olduqca çətin olub. Ölkə üzrə ən azı 11 əyalətdə qaz vəziyyəti kritik həddə yaxındır.

O əlavə edib ki, qaz təchizatı ilə bağlı ən ciddi problemlər üç əyalətdə - Mazandaran, Gülüstan və Şimali Xorasan əyalətlərində gözlənilir.

Onun sözlərinə görə, qaz istehlakının optimallaşdırılması problemin həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər, çünki qışda məişət və kommersiya ehtiyacları ümumi qaz istehlakının 80%-dən çoxunu təşkil edir.

Elektrik stansiyalarını işlətmək üçün istifadə edilən qazın istehlakı və istehsalındakı tarazlığın pozulması, evlərdə qaz istehlakının artdığı qış aylarında İranda elektrik kəsintilərinin tez-tez baş verməsinin səbəblərindən biridir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm