Türkiyədə avtomobil yolları PUA-ların enməsi üçün uyğunlaşdırılacaq
Bizi izləyin

Region

Türkiyədə avtomobil yolları PUA-ların enməsi üçün uyğunlaşdırılacaq

Türkiyədə avtomobil yolları PUA-ların enməsi üçün uyğunlaşdırılacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu təbii fəlakət, fövqəladə vəziyyət və ya əvvəlcədən planlaşdırılmayan logistika əməliyyatları zamanı pilotsuz uçuş aparatlarının (PUA) uçuş-enməsi və parklanması məqsədilə ölkənin yol infrastrukturunun təkmilləşdiriləcəyini bildirib.

Publika.az xəbər verir ki, nazir PUA-lar üçün, ümumilikdə, 9562 yararlı yol sahəsinin müəyyənləşdirildiyini qeyd edib.

“İlkin mərhələdə 52 yol sahəsi PUA-lar tərəfindən istifadə oluna biləcək. “AKINCI” və “Bayraktar TB2” PUA-ları test mərhələsində Manisa-Balıkesir avtomobil yoluna uçuş-enmə həyata keçiriblər”, - deyə Ə.Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat infrastrukturunun fövqəladə hallara hazırlığı istiqamətində addımlar bundan sonra da davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm