Region
İran ilk yerli nüvə sintez zavodunu istifadəyə verəcək
İran yaxın vaxtlarda ilk termonüvə sintezi qurğusunu istismara verəcək.
Publika.az RNA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami məlumat verib.
“İranda istehsalın bir çox sahəsi, xüsusilə elektrik enerjisi və tibb sektoru üçün nəzərdə tutulan ilk termonüvə sintezi qurğusu tezliklə istismara veriləcək”, – deyə Eslami bildirib.
O, söhbətin konkret olaraq hansı növ termonüvə qurğusundan getdiyini açıqlamayıb və onun planlaşdırılan müddətdə işə salınacağına ümid etdiyini bildirib.
İran daha əvvəl tamamilə yerli imkanlarla nüvə reaktoru inşa etmək planlarını açıqlayıb. 2022-ci ildə Eslami 360 MVt gücündə olan Dərxovin reaktoru layihəsi barədə danışıb. Həmin vaxt İran alimləri tərəfindən layihələndirilmiş İsfahan tədqiqat reaktorunun tikintisinə başlanıldığı da bildirilib.
İranın hazırda fəaliyyət göstərən yeganə kommersiya nüvə reaktoru Rusiyanın dəstəyi ilə inşa edilmiş və 2013-cü ildə kommersiya istismarına verilmiş 1000 MVt gücündə Buşehr Atom Elektrik Stansiyasının (AES) 1-ci enerji blokudur.
Hüseyn İbadlı
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR



















.png)

















