• USD 1,7000 0,00% EUR 2,0296 +0,12%
    • GBP 2,3669 -0,26% RUB 0,0235 +0,43%

Uilyam Rasimora: "Səslərin sayılması zamanı qanun pozuntusuna rast gəlinməyib"

Uilyam Rasimora: "Səslərin sayılması zamanı qanun pozuntusuna rast gəlinməyib"

Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupu sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsinə dair yekun bəyanat yayıb.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin sədr müavini Uilyam Rasimora bildirib ki, referendum ölkədə stabilliyin yeni zəmanəti hesab edilir: "Ümumxalq səsverməsi azadlıqları gücləndirəcək, demokratiyanı müdafiə edəcək. Konstitusiyaya olan dəyişikliklər hakimiyyət idarəetməsindəki boşluqları aradan qaldıracaq. Türkiyədə baş verən hadisələrdən sonra belə bir referendum keçirilməsinin zərurəti daha aydın göründü".

5 seçki dairəsi üzrə 49 məntəqədə seçki prosesini izlədiklərini deyən müşahidəçi vurğulayıb ki, seçki ədalətli keçirilib, səslərin sayılması zamanı qanun pozuntusuna rast gəlinməyib:

"Bu seçkilər Azərbaycan vətəndaşlatının gözləntilərini doğruldacaq. Referenfum keçirilən gün ölkədə sakit və dinc mühit olub". Müşahidəçi təşkilatçılığa görə, MSK-ya təşəkkür edib".

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR