Rəsmi xronika
Prezident: "AXC-Müsavat cütlüyü tarixin arxivinə göndərildi"
"Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz onun rəhbərliyi ilə Azərbaycan inamla müstəqillik həyatına qədəm qoyub. Əgər 1991-ci ildə Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Azərbaycan problemlərlə üzləşməzdi, heç vaxt bizdə vətəndaş müharibəsi olmazdı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi".
Bunu prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib: "Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir
ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi
və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf
dövrüdür. O ağır illərdə Azərbaycanda aparılan islahatlar,
təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması,
dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu
ölkəmizin gələcək inkişafını müəyyən etmişdir.
O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim
edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq,
ölkədə Azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz
beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin
iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici
investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim
özünü doğrultdu. Biz bu gün bunu bir daha əyani şəkildə
görürük".
Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan dünya
miqyasında çox böyük hörmətə malik olan bir ölkədir: "Bizimlə
hesablaşırlar, bizim fikrimiz, rəyimiz nəinki regional müstəvidə,
dünya miqyasında böyük önəm daşıyır. Gələn ay biz müstəqilliyimizin
bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin 23 ili inkişaf,
tərəqqi və dirçəliş illəri olmuşdur. 1991-ci ildə Azərbaycan
müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik
əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır,
faciəvi illər olmuşdur.
O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki
olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində,
narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il
AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri
tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər,
ölkəmizin inkişafı və dünən keçirilmiş referendum bir daha
xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan
xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi
ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti
və müstəqilliyi seçir".
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI