
Prezident İlham Əliyev Nailə Bağırovanın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nailə Hüseyn qızı Bağırova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.