Rəsmi xronika
İlham Əliyev: "Oğlumun gələcək seçimi özündən asılıdır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin
iştirakçılarının bir qrupunu qəbul edib.
Azərbaycan prezidenti görüşün gedişində Avropa Xəbər Agentlikləri
Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı
direktoru Yonas Olof Erikson ilə maraqlı fikir mübadiləsi
aparıb.
Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin
“TT” agentliyinin baş icraçı direktoru Yonas Olof
Erikson:
-Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Bura çox
gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox
təsirləndirici şəhərdir, Azərbaycan çox təsirləndirici ölkədir.
“TT” agentliyinin baş icraçı direktoru və Avropa Xəbər Agentlikləri
Alyansının prezidenti olmağımla yanaşı, mən həm də atayam. Mənim
iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda
yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər mənim
uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini
seçsəydilər bu, mənim üçün çox sevindirici hal olardı. Sizin
uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz uşaqlarınızın siyasətlə
məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını
gözləyirsinizmi?
Prezident İlham Əliyev:
-Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ
onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial
məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin
media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki,
Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku”
jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus
dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz.
Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur.
O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin tarixə malik
olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər
üzərində çalışır və digər tədbirlərdə iştirak edir.
Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır.
O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə,
bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan
yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq
istəsələr, bu, onların seçimi olacaq.
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası