Azərbaycan İsrailə kömək üçün təyyarə göndərir
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan İsrailə kömək üçün təyyarə göndərir

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.

İsrail hökumətinin müraciəti əsasında prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri aparılıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, qeyd edilən təyyarə lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrailə yola düşüb.

***

Azərbaycan İsraildə meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərəcək.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, İsrail hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.

Bununla bağlı prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm