Azərbaycan prezidenti Belarusa rəsmi səfərə dəvət olundu
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan prezidenti Belarusa rəsmi səfərə dəvət olundu

Bakıda səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Report xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

İki ölkə arasındakı münasibətlərdə qapalı mövzunun olmadığını deyən Aleksandr Lukaşenko, Belarus və Azərbaycanın kiminsə əleyhinə dostluq etmədiyini, buna ehtiyacın olmadığını bildirib:

"Biz öz dövlətlərimizin və xalqlarımızın inkişafı naminə dostluq edirik. Biz istəyirik ki, gördüyümüz işlərin müqabilində bizim insanların təşəkkürünə layiq olan iz qoyaq. Biz bunu da gizlətmirik. Odur ki, kənd təsərrüfatından başlamış hərbi-sənaye kompleksinə qədər heç bir qapalı mövzu yoxdur. Biz bu sahələrdə həmişə əməkdaşlıq etmişik və hər hansı maneələrə, əngəllərə və rəqabətə baxmadan əməkdaşlıq edəcəyik. Mən dostum, həmkarım Azərbaycan Prezidentini onun üçün münasib olan istənilən vaxtda bizə, Belarusa rəsmi səfərə dəvət edirəm. İlham Heydər oğlu, biz sizi Belarusda ən yaxın, bizə doğma insan kimi gözləyəcəyik. Siz həmişə, nə qədər çətin olsa da ən mürəkkəb məqamlarda nəinki kömək etməyə hazır olmusunuz, həm də kömək etmisiniz. Mən fəxr edirəm ki, bizim aramızda bu cür xeyirxah dostluq münasibətləri yaranıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm