FHN-nin yaradılmasının 11 illiyi ilə bağlı elmi-praktik seminar keçirildi - - FOTO
Bizi izləyin

Rəsmi xronika

FHN-nin yaradılmasının 11 illiyi ilə bağlı elmi-praktik seminar keçirildi - - FOTO

Seminarda nazirliyin əməkdaşları və rusiyalı ekspertlər iştirak ediblər.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 11-ci ildönümü münasibətilə elmi-praktik seminar işə başlayıb.

Trend-in məlumatına görə, seminarda nazirliyin əməkdaşları və rusiyalı ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən FHN-nin baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev nazirliyin yaranma tarixindən, təbii fəlakətin, yanğınların qarşısının alınması, onların aradan qaldırılması istiqamətində qurumun gördüyü işlərdən danışıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov “Müasir Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində perspektiv planlar” mövzusunda çıxış edib.

Tədbirdə nazirliyin Akademiyasının həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik İlqar Dadaşov “Kadrların hazırlanmasında təkmilləşdirilmə perspektivləri”, Rusiya Federasiyasının Yanğın Təhlükəsizliyi üzrə Milli Elmlər Akademiyasının Kompleks Təhlükəsizlik üzrə Ümumi Rusiya Elmlər Akademiyasının akademiki, texniki elmlər doktoru, professor, daxili xidmət general-leytenantı Yevgeni Aleksandroviç Meşalkin “Yanğın təhlükəsizliyi sahəsində texniki tənzimləmə sistemi, nəzarətin təkmilləşdirilməsi perspektivləri” mövzularında məruzə ilə çıxış ediblər.

Seminar iki gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm