İş adamı FHN-ə sualtı qayıq hədiyyə etdi
Bizi izləyin

Rəsmi xronika

İş adamı FHN-ə sualtı qayıq hədiyyə etdi

Sualtı qayıq itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib.

Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm