Rəsmi xronika
Daha bir publik hüquqi şəxs yaradılır - FƏRMAN
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə tapşırılır:
- “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət
Müfəttişliyi” publik hüquqi şəxsin yaradılmasını bir ay müddətində
təmin etsin;
- “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət
Müfəttişliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunu
Azərbaycan Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq
etsin;
- “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət
Müfəttişliyi” publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin
etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etsin;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat
versin;
- fərmandan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki, yaradılacaq publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Nazirlər Kabineti, 8.2.3 – 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini isə Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir.
Yaradılacaq publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.
Vergilər Nazirliyi “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Dövlət Mülki Aviasiya Administrasiyasına bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO