Naməlum şəxslərin oğurladığı DYP əməkdaşı İŞDƏN QOVULDU
Bizi izləyin

Rəsmi xronika

Naməlum şəxslərin oğurladığı DYP əməkdaşı İŞDƏN QOVULDU

Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.

Bakı Şəhər Yol Polisi İdarəsinin növbətçi hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İdarədən məlumat verilib.

Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.

O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm